Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
06 May 2025, 10:05
Qaynar xətt:
(+99450) 247 90 86Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İDDİA — Sağlam adamı xəstə kimi efirə çıxarıb?
CƏMİYYƏT
2938
06.03.2025, 20:54
"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən qadın mətbuat vasitəsi ilə şikayətini ünvanlayıb.
Bu barədə Oxu24.com saytına müraciət edən Pərvanə Məhərrəmova özü məlumat verib.
Qadının sözlərinə görə Xoşqədəm Hidayətqızının müəllif və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng xəstəsi olması barədə efirdə həqiqətə uyğun olmayan məlumat səsləndirilib. Bu saxta məlumatdan sonra ailə dərin sarsıntı keçirib .Daha sonra isə əsl həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib.Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmamamsı üzə çıxıb.
“Mən ailə məsələlərimlə bağlı Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” verilişinə müraciət etdim. Verilişdə problemlər müzakirə olunan zaman 16 noyabr 2024-cü il tarixdə “Səni Axtarıram” proqramının yayımlanmış növbəti bölümü zamanı Xoşqədəm Baxşəliyeva mənim 4-cü dərəcə qarın boşluğuna yayılmış xərçəng xəstəsi olduğumu canlı yayımda bildirdi. Bu xəbərdən sonra studiyada olan valideynlərim,ekran başında efiri izləyən övladlarım şok keçirdilər. Mən özüm də bu xəbərdən çox sarsıldım. O anda nə edəcəyimizi bilmirdik. Qoyulan diaqnoz əsasında iki ay ərzində məni 5 dəfə “kimyaterapiya” etdilər. Terapiya aldığım müddətdə halsız olmağıma rəğmən efirə çıxmağa məcbur edilirdim.Sən demə Xoşqədəm Hidayətqızı yaratdığı saxta xəstəlik şousu ətrafında reytinq qazanırmış”,- deyə şikayətçi bildirib.
Pərvanə Məhərrəmovanın sözlərinə görə,ona xərçəng diaqnozu qoyulandan sonra Gürcüstana qayıdıb. Orada müayinələrdən keçən zaman məlum olub ki,onda heç bir xərçəng xəstəliyi yoxdur.
Məlumat üçün qeyd edək ki, xəstənin ilkin müayinəsi “MedEra” Hospitalının həkimləri tərəfindən edilib. Daha sonra həmin müayinələr və analizlər əsasında çıxarılan tibbi nəticələr əsasında Milli Onkologiya Mərkəzinin həkimi Anar Məmmədov xəstəni qəbul edib. Ona ağır xərçəng xəstəsi olması diaqnozunu qoyub və “kimyaterapiya” proseslərinə başlayıb.
Oxu24.com Gürcüstanda Pərvanə Məhərrəmovanı müayinə edən klinika ilə əlaqə saxlayıb.
Gürcüstanda yerləşən “Axali Sicocxle” klinikasının meneceri Diana Nağıyeva saytımıza açıqlamasında bildirib ki,sözügedən şəxs onların xəstəxanasında müayinələrdən keçib. Ona Azərbaycanda qoyulan xərçəng diaqnozunun doğru olmadığı üzə çıxıb.
“Bizim klinikanın onkoloqu İrina Əliyeva Pərvanə xanımı müayinə etdi. Məlum oldu ki,ona qoyulan xərçəng diaqnozu səhvdir.Xəstənin mədəsində “polip” aşkarlandı. Buna uyğun müalicələr təyin edildi”,-deyə xəstəxananın meneceri saytımıza bildirib.
Mövzu ilə bağlı Pərvanə Məhərrəmovanın hüquqi nümayəndəsi,hüquqşünas Samir Zeynalov bildirib ki, müdafiə etdiyi şəxsin hüquqları efir vasitəsi ilə ciddi şəkildə pozulub.
“Əməkdar jurnalist olmasına baxmayaraq, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının”nın 3.11-ci bəndini və “Media haqqında Azərbaycan Respublikası Qanunu”nun 14-cü maddəsinin tələblərini pozmaqdan çəkinməyən “Səni Axtarıram” proqramının aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızı bu dəfəki tükürpədən rüsvayçılığı Gürcüstandan olan Pərvanə və İzafət cütlüyü barəsində gerçəkləşdirib. Təsadüfi deyil ki, yol vermiş olduğu pozuntulara görə iki ay əvvəl iki vətəndaşın müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Xoşqədəm Baxşəliyevaya və “ARB”Tv-na bəzi efir müzakirələrini qadağan edən qərarlar qəbul edib. Həmin qərarlardan nəticə çıxarmayan, habelə “Milli Audioviziual Şura”nın fəaliyyətsizliyindən bəhrələnən məlum şəxs qeyd etdiyim kimi Pərvanə və İzafət cütlüyünü rüsvayçılığa, o cümlədən aradan qalxması mümkün olmayan mənəvi zərərə məruz qoyub”,-deyə hüquqşünas bildirib.
Həmçinin oxuyun
Hüquqşünas Samir Zeynalovun məlumatına görə,aparıcı Xoşqədəm Baxşəliyevanın müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” proqramında ailənin hüquqları pozulduğu üçün məhkəməyə müraciət ediləcək.
“Pərvanə və İzafət cütlüyü yaşadıqları tükürpədən olaylar haqqında sosial şəbəkələrdə danışırlar. Bunu görən Xoşqədəm Baxşəliyeva bir neçə gün öncə Pərvanəyə qarşı “şəxsi həyatın toxunulmazlığı” hüququnu pozan məlumatları efirdən yayıb, onları bir daha alçatmaqla “Media haqqında qanunvericiliyin” tələblərini kobud sürətdə pozub.
Bununla belə fərz edək ki, həqiqətən Pərvanə xərçəng xəstəsi idi.Belə olan təqdirdə belə Pərvanə ilə bağlı “həkim sirri” təşkil edən məlumatların efirdən yayılması qadağan idi. Buna həm həkim, həm də elə özünə hüquqşünas deyən Xoşqədəm Baxşəliyeva məsuliyyət daşıyır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 53-cü maddəsi “həkim sirrindən” bəhs edir. Əlavə olaraq qeyd edim ki, zərərə məruz qalmış şəxslərlə bağlı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət ediləcək”,-deyə hüquqşünas bildirib.
Sayt yazıda adı hallanan Milli Onkologiya Mərkəzinin həkimi Anar Məmmədovla əlaqə saxlayıb.
Həkim səsləndirilən iddiaların əsassız olduğunu və ona qoyulan xərçəng diaqnozunun doğru rəy olduğunu bildirib.
“Həmin xəstə verilişlərin biri vasitəsi ilə bizə gətirildi.Pərvanə Məhərrəmova Gürcüstan vətəndaşı olmasına baxmayaraq,biz burada ona humanist yanaşaraq bütün müayinə və tibbi prosesləri ödənişsiz həyata keçirdik.Gələn zaman xəstədə kəskin ağrılar var idi.Hemoqlabin normadan olduqca aşağı idi.Biz klinikaların birində həyata keçirilmiş müayinənin disklərini izlədik.Qadının mədəsində xərçəng olduğunu təsdiqlədik. Vəziyyətə uyğun olaraq ona 5 kurs “kimyaterapiya” təyin etdik. Həmin prosesdən sonra qadının vəziyyəti xeyli yaxşılaşdı.Müalicələr bitmədən Gürcüstana getdi.Daha sonra bizim ünvanımıza bu ittihamları səsləndirdi. Mən özüm də nə baş verdiyini anlaya bilmirəm.Gürcüstanda xəstəni müayinə edən həmin həkimlər Pərvanə Məhərrəmovanın əvvəlki müayinə disklərinə baxmadılarmı? Orada xəstənin hansı vəziyyətdə olduğunu və “kimyaterapiyalardan” sonra şişin ölçüsünün kiçildiyini görmədilərmi? Biz bütün bu faktları xəstənin özünə təqdim etmişik.Getsinlər,açıb baxsınlar. Sonra həkimi ittiham etsinlər”,-deyə həkim Anar Məmmədov bildirib.
Oxu24.com iddialarla bağlı aparıcı Xoşqədəm Hidayətqızının da mövqeyini təqdim etməyə çalışsa da,heç bir münasibət öyrənə bilməyib. Səsləndirilən idialarla bağlı aparıcının da mövqeyini təqdim etməyə hazırıq.
Məsələ ilə bağlı xəstənin ilkin müayinə olunduğu “MedEra” Hospitalının həkimi Ramin Bağırovla əlaqə saxladıq.Həkimin sözlərinə görə,onlar tərəfindən Pərvanə Məhərrəmovaya “xərçəng diaqnozu” qoyulmayıb.
“Vətəndaş bizə müayinə üçün müraciət edib. Biz onu qastroskopiya etmişik.Müayinələr nəticəsində ona mədə cisminin deformasiyalı infiltrativ xorası,kardia çatmamazlığı (II b dərəcə) və Cr? diqnozu qoyulub. Biz xəstəyə xərçəng diaqnozunu qoymamışıq. Həmin diqnozu Milli Onkologiya Mərkəzi qoyur”,-deyə həkim bildirib.
Hazırladı: Miri Məcidli
10:29 / 06 May 2025
Yubileyi onsuz qeyd edilən şəhid baş leytenant — FOTOLAR
1
10:16 / 06 May 2025
6 ay əvvəl gəlin köçmüşdü,faciəli şəkildə dünyadan köçdü — FOTOLAR
70
10:11 / 06 May 2025
Fəhlə həyatını itirdi
11
10:05 / 06 May 2025
Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
18
09:56 / 06 May 2025
Bakıda faciəli hadisə: Həyatını itirən və yaralı var
223
09:49 / 06 May 2025
Köhnə çayı içmək xərçəng yaradır
22
09:33 / 06 May 2025
Motosiklet və moped sürücülərinin nəzərinə! - VİDEO
15
09:33 / 06 May 2025
Kiberdələduzların qurbanı olmamaq üçün nə etmək lazımdır? - VİDEO
16
09:25 / 06 May 2025
İqtisadi tənəzzülə hazır olmalıyıq - AİB prezidenti
16
09:10 / 06 May 2025
Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır - VİDEO
69
08:53 / 06 May 2025
Vüqar Həşimovun bacısına vəzifə verildi
80
21:47 / 05 May 2025
Ağır qəza baş verib: Yaralılar var
623
20:51 / 05 May 2025
Müəllimləri sevindirəcək xəbər
137
20:35 / 05 May 2025
Krediti olanlara ŞAD XƏBƏR - Faiz hesablana bilməz - AÇIQLAMA
153
20:31 / 05 May 2025
Telefonunuzda bu funksiyanı dərhal dayandırın
333
20:27 / 05 May 2025
Rumıniyanın baş naziri istefa verdi
104
20:15 / 05 May 2025
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
103
20:12 / 05 May 2025
Zelenskinin gündəm olan görüntüsü
251
20:06 / 05 May 2025
Kişilərdə də süd vəzi xərçəngi olurmuş — Cərrah mammoloq xəstəliyin əlamətlərini açıqladı (MÜSAHİBƏ)
5111
20:02 / 05 May 2025
“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
152
19:54 / 05 May 2025
Hindistan ABŞ-a bir sıra mallara sıfır rüsum tətbiq etməyi təklif edib
105
19:47 / 05 May 2025
Rusiya Mərkəzi Bankı dolların məzənnəsini qaldırıb
113
19:44 / 05 May 2025
Qayınata gəlininin həyatına son qoydu
757
19:41 / 05 May 2025
Pensiyalarla bağlı ƏHALİYƏ MÜJDƏ
397
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.